Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Bu günədək azad edilmiş ərazilərdə 300 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb

Bu günədək azad edilmiş ərazilərdə 300 mindən çox mina və partlamamış hərbi sursat aşkarlanıb.

Boyukmillet.com xəbər verir ki, bunu Ali Məhkəmənin sədrinin müavini Çingiz Əsgərov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycana qarşı müharibə cinayətləri” adlı hibrid formatında keçirilən seminarda deyib.

Onun sözlərinə görə, beynəlxalq hüquqa görə minalar mülki insanlara qarşı yönəlməməlidir: “Minaların basdırılması insan həyatına təhlükə kimi qiymətləndirilir. Ermənistan hələ də minaların xəritələrini təqdim etməyib. Müharibədən sonra minalar səbəbindən xeyli insan ölüb və yaralanıb. 300 mindən çox mina, o cümlədən digər partlamamış hərbi sursatlar aşkarlanıb. Ermənilərin təqdim etdiyi xəritələrin dəqiqlik faizi çox aşağıdır – 25-30 faiz”.

Check Also

Elnur Qocayev: Orduda aparılan islahatlarla Azərbaycan-NATO əməkdaşlığı dərinləşib

Orduda islahatlarının aparılması ilə Azərbaycan-NATO əməkdaşlığı daha da dərinləşib. Boyukmillet.com xəbər verir ki, bunu Müdafiə Nazirliyinin …