Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Azərbaycanlı dünya çempionu: “Uşaqlıq arzum idi”

“Sonuncu turda uduzsam da, dünya çempionuyam və bu, mənim uşaqlıq arzum idi”.

Boyukmillet.com xəbər verir ki, bu sözləri FIDE-nin rəsmi feysbuk səhifəsinə açıqlamasında gənc qadınlar arasında dünya çempionu olmuş azərbaycanlı şahmatçı Gövhər Beydullayeva deyib.

Hər il gənclər arasında çempionatlarda iştirak etdiyini, ancaq medal qazana bilmədiyini bildirən qrossmeyster onlayn formada qalib adını qazandığını qeyd edib: “Son iki ildə dünya çempionatı klassik formada deyil, onlayn keçirilmişdi. Orda titul almışdım. Amma bu, mənim klassik formada ilk dünya çempionluğumdur. Çox xoşbəxtəm”.

Dünya çempionluğunun heç bir başqa uğurla müqayisə olunmadığını vurğulayan Gövhər Beydullayeva bunun xüsusi duyğu olduğunu deyib: “Mən Avropa çempionu da olmuşdum, amma bu, tam başqadır”.

Azərbaycanlı dünya çempionu qarşıdakı hədəfləri haqqında da danışıb: “Yəqin ki, Dünya Kubokuna qatılacam. Ümid edirəm ki, orda əlimdən gələn qədər yaxşı oynaya biləcəm”.

Check Also

Güləş üzrə Avropa çempionatının gümüş medalçısı Turan Bayramov: Hədəfim qızıl medal idi

Hədəfim qızıl medal idi, amma minimal fərqlə məğlub oldum. Boyukmillet.com xəbər verir ki, bunu Albaniyanın paytaxtı …