Bazar , 29 Sentyabr 2024
Drone Cameras

MM-in sədr müavini: “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasında partiyaların təklifləri əsaslı rol oynayıb”

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanmasında siyasi partiyaların da təklifləri kifayət qədər əsaslı rol oynayıb”.

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Fəzail İbrahimli “Siyasi partiyalar haqqında” qanun layihəsi ilə bağlı parlamentdə keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib.

“Son illərdə Azərbaycanda sistemli xarakter daşıyan islahatlar keçirilir. Cəmiyyətin bütün sahələrini əhatə edən bu dəyişikliklər ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında baş tutur. Hakimiyyət qolları arasında da əməkdaşlıq əlaqələri güclənir. Ötən müddətdə müxalifətlə iqtidar dialoqu da gerçəkləşib”, – o, əlavə edib.

F.İbrahimli qeyd edib ki, parlamentdə YAP-la yanaşı müxalif partiyaların nümayəndələrinin də təmsil olunması bunu bir daha sübut edir:

“Parlamentdə təmsil olunan 15 siyasi partiya yeni qanun layihəsinin hazırlanması ilə bağlı sədrə müraciət etmişdik. Məlumdur ki, “Siyasi partiyalar” haqqında qanun 30 il bundan əvvəl qəbul edilmişdi. Təbii ki, bu illər ərzində Azərbaycan təpədən dırnağa kimi dəyişib. Artıq Azərbaycan bütün dünyaya yeni libasda təqdim olunur. Belə ki, məğlub Azərbaycan qalib ölkə kimi sözünü deyir. Həmçinin beynəlxalq arenada söz sahibidir. Yeni qanun layihəsinin hazırlanmasında siyasi partiyaların da təklifləri kifayət qədər əsaslı rol oynayıb”.

Check Also

MSK Milli Məclisə seçkilərlə əlaqədar “Seçki günü üçün yaddaş” kitabçası hazırlayıb

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki …