Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Rusiyada qismən səfərbərlik başa çatıb

Rusiyada qismən səfərbərlik başa çatıb.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə edib.

Müdafiə nazirinin sözlərinə görə, qarşıya qoyulan 300 min nəfərlik tapşırıq yerinə yetirilib.

Qismən səfərbərlik çərçivəsində müxtəlif səviyyəli icra hakimiyyəti orqanlarının 1 300-dən çox nümayəndəsi hərbi xidmətə çağırılıb, 13 min nəfər könüllü olaraq orduya yazılıb.

Səfərbərlik çərçivəsində çağırılanların orta yaşı 35 idi.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …