Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

KİV: “Krımda partlayış olub, Rusiyanın bir neçə hərbi gəmisi məhv edilib”

Rusiyanın müvəqqəti işğalı altında olan Krım yarımadasında silsilə partlayışlar baş verib, bir neçə hərbi gəmi məhv edilib

Boyukmillet.com UNIAN-a istinadən xəbər verir ki, bu barədə hərbi jurnalist Andrey Çaplienko məlumat verib.

Bildirilib ki, Sevastopol buxtası tamamilə bağlanıb, əraziyə giriş qadağan edilib.

Məlumata görə, Rusiyanın Qara Dəniz Donanmasının “Moskva” hərbi gəmisinin batırılmasından sonra yeni flaqmanı olan “Admiral Makarov” freqatı da məhv edilənlər sırasındadır.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı informasiyanı hələ təsdiqləməyib.

Check Also

İran Silahlı Qüvvələri Türkiyəyə raket atılmadığını bildirib

İran Silahlı Qüvvələri Türkiyə ərazisinə doğru heç bir raket atmadıqları barədə açıqlama yayıb. Boyukmillet.com “Haber Global”a …