Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ukraynanın Azərbaycandakı səfirliyi Rusiyanın taxıl sazişindən çıxmasına münasibət bildirib

Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi Rusiya Federasiyasının “taxıl sazişi”ndən çıxmasına münasibət bildirib.

Səfirlikdən verilən məlumata görə, iyulun 22-də BMT-nin himayəsi altında İstanbulda Ukrayna, Türkiyə və Rusiya Ukrayna taxılının Qara dəniz vasitəsilə təhlükəsiz ixracının bərpasına dair saziş imzalayıblar. Bu sənəd Ukraynanın kənd təsərrüfatı məhsullarının üç Ukrayna limanından daşınması üçün humanitar dəhlizin yaradılmasını nəzərdə tutur ki, bu da öz növbəsində qlobal ərzaq böhranının qarşısının alınmasına təsir etməlidir.

Lakin, oktyabrın 29-u Rusiya rəsmi olaraq müvəqqəti işğal olunmuş Krımda eyni gündə baş vermiş partlayışların arxasında gizlənərək, “taxıl sazişi”ndən çıxdığını təktərəfli qaydada bəyan edib.

Qeyd olunub ki, Kreml bütün dünyanı nüvə, enerji və bu dəfə dünya üçün fəlakətli nəticələrə səbəb ola biləcək qida təhdidləri ilə şantaj etməkdə davam edir:

“Sentyabrdan bu günə qədər artıq 176 gəmi taxıl dəhlizində toplanıb və onlar öz marşrutu ilə gedə bilmirlər. Belə ki, hələ sentyabr ayında Kreml Ukraynanın ərzaq ixracını əngəlləmək qərarına gəlib, əks halda belə gəmi növbəsi yaranmazdı. Oktyabrın 29-da Krımda baş verən partlayışlar isə Kremlin öz öhdəliklərini yerinə yetirməmək kimi ənənəvi siyasətinə növbəti bayağı bəhanədir.

Rusiyanın bu cür düşünülmüş hərəkətlərinin ən pis nəticələri Afrika və Asiya ölkələri, xüsusən Türkiyə, Əlcəzair, Liviya, Tunis, Misir, Efiopiya, Yəmən və sairləri üçün olacaq. Ukrayna ixracının pozulması bu ölkələr üçün minimum ərzaq qiymətlərində ağrılı artım, maksimumda isə sosial və siyasi sabitliyin pozulması deməkdir”.

Vurğulanıb ki, Rusiyanın G-20-də və beynəlxalq ünsiyyətin başqa formatlarında yeri yoxdur və Kreml qəsdən genişmiqyaslı aclıq yaratmağa çalışır: “Azad dünyanın anti-müharibə sanksiyaları Rusiyasın ərzaq və ya gübrəsinə aid edilmir, ona görə də onların kənd təsərrüfatı ixracının bloklandığı iddia edilən rus hekayələri tamamilə yalandır. Rusiya Ukraynaya qarşı tammiqyaslı təcavüzə başlamazdan və limanlarımızı blokadaya almazdan əvvəl dünyada belə bir təhlükə belə yox idi – kəskin ərzaq böhranı ilə bağlı geniş miqyaslı sabitliyin pozulması indi Rusiyanın təcavüzü ilə bağlıdır. Rusiya ən kasıb ölkələrə 500 min ton taxıl tədarükü ilə bağlı tamamilə qeyri-adekvat bəyanatlar verir, o zaman özü bu ölkələrə tədarükün qarşısını alır. Hazırda dənizdə növbə gözləyən 2 milyon ton ərzaq məhsulunun əhəmiyyətli bir hissəsi ən yoxsul ölkələr üçündür. Taxıl ixracı təşəbbüsü çərçivəsində dəniz məhsulları ixracatımızın üçdə ikisi xüsusi olaraq Afrika və Asiyaya göndərilib”.

Səfirlik bildirib ki, Ukrayna BMT-nin Ərzaq Proqramı çərçivəsində yalnız ən yoxsullara 200 min ton ərzaq göndərib. Bundan əlavə, Ukrayna Efiopiya və Somaliyə humanitar yardım kimi on minlərlə ton taxıl ayırıb:

“Rusiya Ukraynanın işğal olunmuş hissəsində taxıl (500 min ton) oğurlamasaydı, biz bu həcmi dünya bazarına və ya BMT-nin Ərzaq Proqramına göndərərdik ki, bu da dünya ərzaq qiymətlərini əhəmiyyətli dərəcədə aşağı salmağa imkan verərdi və Afrika və Asiyanın on milyonlarla sakininin qida hüququna təminat verərdi. Uzun illərdir ki, dünyada ən böyük aclıq təhlükəsinin yeganə səbəbkarı Rusiyadır. Afrika və Asiya ölkələri üçün Rusiyanın təhrik etdiyi ərzaq böhranı sosial və siyasi sabitliyin pozulmasına, yəni, yeni kütləvi– xüsusən də Türkiyə və Avropa İttifaqı ölkələrinə miqrasiya dalğalarına gətirib çıxaracaq.

Ukrayna həmişə ərzaq təhlükəsizliyinin qarantı olub və bundan sonra da olmağa hazırdır. İndi son dərəcə vacibdir ki, “taxıl sazişi”nin təminatçısı kimi BMT və Türkiyə, eləcə də Ukrayna taxılının ixracından asılı olan ölkələr Rusiyaya dünyada yüz milyonlarla insanın, xüsusilə Afrika, Asiya və Latın Amerikasında insanların Kremlin aclıq oyunlarının girovu kimi saxlanmasının yolverilməzliyi barədə aydın şəkildə siqnal verməlidirlər. Rus terroru və şantajı uduzmalı, dünyaya aclığı qaytarmaq üçün bu səylərinə görə Rusiya cəzalandırılmalıdır”.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …