Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Ermənistanda ehtiyatdan çağırılan əsgərlər arasında silahlı insident olub, ölən var

Ermənistanda orduda xidmət etmək üçün ehtiyatdan çağırılan əsgərlər arasında silahlı insident olub, bir hərbçi ölüb.

Boyukmillet.com  xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

İlkin məlumata görə, oktyabrın 29-da hərbi hissələrdən birinin məsuliyyət zonasında döyüş mövqeyində ehtiyatda olan hərbçi həmkarı, digər sıravi ehtiyatdan çağırılan Misak Petrosyanla mübahisə edib.

Mübahisə zəminində o, hərbçi yoldaşına avtomatdan atəş açaraq, başına xəsarət yetirib. Hərbçi hadisə yerində keçinib.

Bundan sonra sıravi əsgər özünü ayağından vurub. Faktla bağlı cinayət işi başlanıb.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …