Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Nazarbayevin qardaşı oğlunun Qazaxıstandan çıxardığı 230 milyon dollarlıq zinyət əşyaları ölkəyə qaytarılıb

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu, Milli Təhlükəsizlik Komitəsinin keçmiş yüksək vəzifəli məmuru Kayrat Satıbaldının ölkədən çıxardığı 230 milyon dollardan artıq dəyərində zinyət əşyaları Qazaxıstana qaytarılıb.

Boyukmillet.com “Zakon”a istinadən xəbər verir ki, həmin zinyət əşyaları yaxın zamanlarda dövlətin balansına keçiriləcək.

Bundan başqa K.Satıbaldının xarici ölkələrin banklarına 300 milyon dollarlıq qiymətli kağızlar yerləşdirdiyi müəyyən olunub.

Qeyd edək ki, bu il martın 13-də K.Satıbaldının həbs olunması barədə məlumat yayılmışdı. Bu il sentyabrın 26-da o, 6 il müddətinə azadlıqdan məhrum edilib.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …