Şənbə , 3 May 2025
Drone Cameras

Zəfər Günü münasibəti ilə şəhid ailələri ziyarət edilib

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə baş çəkiblər, Zəfər Günü münasibəti ilə şəhidlərimizin ailə üzvlərini təbrik ediblər.

Boyukmillet.com xəbər verir ki, polis əməkdaşları onlarla həmsöhbət olub, mənəvi dəstəklərini ifadə ediblər, gətirdikləri sovqatları təqdim ediblər.

Görüşlər zamanı şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdiyini və daim onların hünərinin Azərbaycan xalqının yaddaşında yaşayacağı qeyd edilib. Mərd oğullarımızın qəhrəmanlıqla dolu döyüş yolu xatırlanıb, hər birinin göstərdiyi igidlikdən bəhs olunub.

Şəhidlərimizin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə polis əməkdaşlarına minnətdarlığını bildiriblər.

Check Also

Mərdəkandakı Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işləri üçün vəsaitin ayrılması haqqında …