Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə “dəmir yumruğ”a dönərək daha qürurlu və güclü olduğu üçün xoşbəxtdir” – RƏY

“Azərbaycan xoşbəxtdir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi çağırışdan qalib çıxıb, millət və dövlət kimi yenidən doğulub, “dəmir yumruğ”a dönərək daha qürurlu və güclü olub”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib.

Onun sözlərinə görə, hər bir xalqın, millətin, dövlətin tarixində çağırışlar olur: “Onların gələcək taleyi, uğuru və ya uğursuzluğu, inkişafı və ya geriliyi məhz çağırışlara verdiyi cavablardan asılı olur. Çağırış dedikdə, sadəcə olaraq, hansısa problem, çətinlik və ya təhdid nəzərdə tutulmur. Çağırışlar həm də millətin kimliyini və qürurunu sınağa çəkir. Çağırışlar qarşısında sınmaq, əzilmək və tənəzzülə də düçar olmaq olar, millət kimi yenidən daha qürurlu, daha güclü və daha sarsılmaz doğulmaq da olar. Azərbaycan xoşbəxtdir ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi çağırışdan qalib çıxıb, millət və dövlət kimi yenidən doğulub, “dəmir yumruğ”a dönüb daha qürurlu və güclü olub”.

Parlament sədrinin müavini SSRİ-nin dağılmasından sonra Azərbaycanın yenidən əldə etdiyi müstəqilliyi dövründə öz tarixinin, demək olar ki, ən ciddi çağırışı ilə üz-üzə qaldığını xatırladıb: “Beynəlxalq hüquqla müəyyən edilmiş və BMT tərəfindən tanınmış ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğala məruz qalmış, suverenliyimiz pozulmuşdu. Bizə qarşı hökm sürmüş 30 illik çağırışa Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində ləyaqətli və qəhrəmancasına cavab verilib, torpaqlarımız düşmən tapdağından azad edilib, milli kimliyimizin və qürurumuzun əsas rəmzlərindən olan Şuşa azad edilib, ərazi bütövlüyümüz bərpa edilib, müstəqilliyimiz və suverenliyimiz tam bərqərar olub”.

A.Əliyev bildirib ki, böyük Zəfərlə Azərbaycan tarixinin ən böyük çağırışı həll edilib. O vurğulayıb ki, amma çağırışlar davam edir və edəcək, çünki tarix, əslində, çağırışlardan ibarətdir: “Yeni və təxirəsalınmaz çağırışlar qarşımızda durur: Zəfərimizin nəticələrini beynəlxalq səviyyədə tam surətdə tanıtmaq və təsbit etmək, işğaldan azad edilmiş torpaqlarımıza öz doğma sakinlərini qaytarıb məskunlaşdırmaq məqsədilə Böyük qayıdışı həyata keçirmək. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan hər iki istiqamətdə fəal və yorulmadan çalışır, hətta bu fəaliyyət mücadilə səviyyəsində gedir. Vətən müharibəsində döyüşdə və səngərdə başladığımız Zəfər yürüşü indi beynəlxalq diplomatiya sahəsində, Qarabağ və Şərqi Zəngəzurun bərpa və yenidən qurulması işində əzmlə, qətiyyətlə davam edir.

Prezident İlham Əliyevin sıx və gərgin xarici səfərlər qrafikinə və işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərə baxmaqla bunu təsdiq etmək olar. Bu mənada son bir neçə həftə ərzində dövlət başçısının Bolqarıstan, Çexiya, Rusiya, Qırğızıstan, Qazaxıstan, Gürcüstan və Əlcəzairə səfərləri, həmin ölkələrdə iştirak etdiyi görüşlər və çıxışları qeyd olunmalıdır. Prezident İlham Əliyevin 14 oktyabrda Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı, 31 oktyabrda Rusiyanın Soçi şəhərində Prezident Vladimir Putin ilə ikitərəfli görüşü, eləcə də Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı 2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfərin nəticələrinin tam beynəlxalq tanınmasına və təsbitinə xidmət etmişdir”.

Deputat xatırladıb ki, Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin Soçidə 31 oktyabr 2022-ci il tarixli üçtərəfli Bəyanatında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasının vacibliyi qeyd edilib: “Soçı Bəyanatı 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın ikinci ildönümü ərəfəsinə təsadüf edir. 10 noyabr Bəyanatı Azərbaycanın Vətən müharibəsində qazandığı qələbənın nəticəsində imzalanmışdır. Bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir. Soçi Bəyanatında ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması bir daha əsas prinsip kimi vurğulanır. Ərəb Dövlətləri Liqasının zirvə toplantısında çıxışı zamanı da Prezident İlham Əliyev Ermənistanın 30 il davam edən işğalına Azərbaycanın öz gücü ilə son qoyduğunu və zəfər çaldığını xüsusi olaraq qeyd edib. Dövlət başçısı Fransanın Əlcəzairə qarşı törətdiyi zorakılıq və kütləvi qəddarlığın ona Ermənistanın Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi cinayətləri və vəhşilikləri xatırlatdığını vurğulayıb. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizin bərpası, yenidən qurulması və doğma sakinlərinin qayıtması məqsədilə həyata keçirilən Böyük qayıdış proqramı barədə də məlumat verib”.

Vitse-spiker qeyd edib ki, 2016-ci ilin Aprel döyüşlərindən sonra Cocuq Mərcanlıya başlayan qayıdış Böyük qayıdışın qaranquşu idi, anonsu idi: “Zəngilan rayonunda inşa edilmiş “ağıllı kəndə” Ağalı kəndinin doğma sakinləri artıq qayıdıblar. Yəni Böyük qayıdış artıq başlayıb. Füzuli və Zəngilanda yeni inşa edilmiş beynəlxalq hava limanları fəaliyyətə başlayıb. Horadiz-Ağbənd dəmir yolunun və Bərdə Ağdam dəmir yolunun inşası tam sürətlə davam edir. Zəfər yolu və digər yollar istifadəyə verilib, yeni-yeni yollar çəkilməkdədir. Bu o deməkdir ki, Böyük qayıdışın eyni zamanda avtomobil yolu, dəmir yolu və hava yolu ilə həyata keçirilməsi çox yaxındadır. Beləliklə, Azərbaycan Vətən müharibəsinin kulminasiya nöqtəsi olan Zəfər günündə yenidən doğuldu”.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …