Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının hərbyönümlü qeyri-hökumət təşkilatlarının nümayəndələri Şuşada olublar.
Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, Türkiyə Ehtiyatda olan Zabitlər Birliyi, Türkiyə Ehtiyatda olan Gizirlər Birliyi, Türkiyə Müharibə Veteranları Birliyi, Türkiyə Müharibə Əlilləri, Şəhid, Dul və Yetimləri Birliyini təmsil edən qazilər səfər çərçivəsində əvvəlcə Cıdır düzünə baş çəkiblər.
SHXÇDX-nin idarə rəisi polkovnik Şaiq Məmmədov Şuşa uğrunda gedən döyüşlər barədə qonaqlara ətraflı məlumat verib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəman əsgər və zabitləri Vətən müharibəsinin nadir əməliyyatlarından olan Şuşanın azad edilməsini yüksək peşəkarlıqla həyata keçiriblər. Ərazi çətin relyefə malik olduğundan xüsusi təyinatlı bölmələrimiz yüngül silahlarla qalın meşələri, dağları, dərələri keçərək düşmənə gözlənilməz zərbə vurub. Düşmən üzbəüz döyüşdə məhv edilib.
İctimai Birliyin sədri Emin Həsənli Şuşanın azad olunmasının müharibənin taleyini həll etdiyini, bundan sonra düşmənin kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldığını diqqətə çatdırıb.
Türkiyə Ehtiyatda olan Zabitlər Birliyinin sədri, ehtiyatda olan general-polkovnik Ərdoğan Karakuş Türkiyə cəmiyyətinin Azərbaycanın Qələbəsini səbirsizliklə gözlədiyini, hər gün cəbhədən xəbərləri həyəcanla dinlədiklərini vurğulayıb. İki qardaş ölkə arasında hərbi sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib, Azərbaycan Silahlı Qüvvələri üçün Türkiyədə hərbi pilotların hazırlanması ilə bağlı xatirələrini danışıb.
Türkiyəli qazilər daha sonra Şuşanın tarixi yerlərini ziyarət ediblər.
Check Also
Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib
“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …