Bazar , 22 Noyabr 2026
Drone Cameras

İranda neft zavodunda yanğın baş verib

İranın mərkəzində yerləşən İsfahan əyalətinin Mobarak sənaye şəhərində neft emalı zavodunda güclü yanğın baş verib.

Boyukmillet.com xəbər verir ki, bu barədə yerli təhlükəsizlik xidmətləri məlumat verib.

Bildirilib ki, yanğın avtomobil yağı istehsalı zavodunu əhatə edib. Onun söndürülməsinə 20 yanğınsöndürmə briqadası cəlb olunub, müəssisənin əməkdaşları təcili təxliyə edilib.

Mümkün ölənlər barədə hələlik məlumat verilmir.

Ümumilikdə yanğının baş verdiyi yaşayış məntəqəsində 400-ə yaxın sənaye obyekti var.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …