Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Elnur Əliyev Şuşa Qoruğunun Müşahidə Şurasının üzvlüyündən çıxarılıb

Mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının üzvləri siyahısından çıxarılıb.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Eyni zamanda, Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli Müşahidə Şurasına yeni üzv təyin olunub.

Qeyd edək ki, noyabrın 3-də Elnur Əliyev mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Check Also

Prezident və birinci xanım Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin …