Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Gələn il üçün ehtiyac meyarının həddi I oxunuşda təsdiqlənib

Milli Məclisin bu gün keçirilən iclasında “2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Boyukmillet.com-un xəbərinə görə, layihəni qanunverici orqanın Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.

Layihəyə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində nəzərdə tutulur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Check Also

Deputat sayının artmasına ehtiyac varmı?

Say artımı keyfiyyəti artıracaqmı? Hüquqşünas deyir ki, Azərbaycandakı deputatlar qanunvericilik təşəbbüsü ilə çıxış etmirlər. Halbuki, …