Şənbə , 23 Noyabr 2024
Drone Cameras

İlham Əliyev: “Serbiyaya böyük nümayəndə heyəti ilə gəlmişəm”

“Serbiyaya böyük nümayəndə heyəti ilə gəlmişəm”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü zamanı deyib.

“Gözəl ölkənizdə olmaqdan və fəal dialoqumuzu davam etdirməkdən çox məmnunam. Biz beynəlxalq arenada, bəzi beynəlxalq tədbirlərdə tez-tez görüşürük. Telefonla əlaqə saxlayırıq. Bir sözlə, əlaqədəyik. Biz ikitərəfli əlaqələrimizin inkişafına hər zaman töhfə veririk. Hazırda onların artıq strateji tərəfdaşlıq mahiyyəti var. Bu, sadəcə imzaladığımız bəyanatla kifayətlənmir, əməkdaşlığımızın əsasını təşkil edir. Artıq qeyd etdiyiniz kimi, biz hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyimizi dəstəkləmişik və bunu davam etdirəcəyik. Biz, həmçinin çox sıx şəxsi münasibətlər qurmuşuq, bir-birimizə böyük hörmətlə yanaşırıq. Bu, ikitərəfli əməkdaşlığımızın vacib elementlərindən biridir.

Mən böyük nümayəndə heyəti ilə gəlmişəm və həmçinin Serbiya tərəfinin böyük nümayəndə heyətini görürəm. Nümayəndə heyətimizin üzvlərinin çox fəal surətdə söhbət aparmaq və gələcək addımları planlaşdırmaq üçün yaxşı fürsət olacaq. Əməkdaşlığımızın hansı şəkildə daha da inkişaf etdirmək, tərəfdaşlığımızı gücləndirmək yollarını müzakirə edəcəyik. Qonaqpərvərliyə görə bir daha minnətdaram”, – dövlət başçısı bildirib.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …