Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Təbrizli deputat: “İranda müxalif düşüncəyə, çıxışa dözümsüz yanaşılır”

“İranda müxalif düşüncəyə, çıxışa dözümsüz yanaşılır”.

Boyukmillet.com xəbər verir ki, bunu İran parlamentində Güney Azərbaycanın Təbriz, Üskü və Tufarqan şəhərlərini təmsil edən deputat Məsud Pezeşkian son etiraz aksiyalarından bəhs edərkən bildirib.

Onun sözlərinə görə, universitet, parlament, dövlət idarələri və başqa bu kimi yerlərdə yeni, fərqli fikir irəli sürənləri İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneiyə qarşı müxalifətdə günahlandırırlar: “Ümumiyyətlə, bizim problemimiz dialoq qaydalarını bilməməyimizdədir. Məntiqli cavab verməkdən aciz olan dövlətin məsul şəxsləri qarşı tərəfi ölkə rəhbərinin əleyhinə çıxmaqda ittiham edirlər”.

Qeyd edək ki, Məsud Pezeşkian 1954-cü il sentyabrın 29-da Güney Azərbaycanın Mahabad şəhərində anadan olub. Təbriz Tibb Elmləri Universiteti, İran Tibb Elmləri Universitetini bitirib. İxtisasca cərrah-kardioloqdur. Məhəmməd Xatəminin prezidentliyi dönəmində 2001-ci il avqustun 29-dan 2005-ci il avqustun 10-dək İranın səhiyyə və tibbi təhsil naziri olub.

Check Also

Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

Türkiyədə terrorun kökünü kəsəcəyik. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Diyarbəkirdə …