Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Koreyalı nazir azərbaycanlı tələbəni qəbul edib

Bu gün Cənubi Koreyanın paytaxtı Seulda Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdən burada magistratura təhsili alan 20-30 yaşlı dövlət qulluqçuları ilə görüş keçirilib.

Boyukmillet.com xəbər verir ki, Koreyanın Kadr idarəetmə naziri Kim Sonq Ho rəhbərliyi ilə, 8 ölkənin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə, dövlət idarəçiliyi, gənclər siyasəti, kadrların idarə olunması, İKT, innovasiyalar və bir sıra sahələr üzrə fikir mübadilələri aparılıb. Həmçinin kadrların idarə olunmasında innovativ həllərin tətbiqi və Koreya təcrübəsinin paylaşılması ilə əlaqədar gələcəkdə ölkələr arası tərəfdaşlığa xüsusi diqqət yetirilməsi vurğulanıb.

Azərbaycanı Sunqkyunkvan Universitetində “Dövlət idarəetməsi” magistratura proqramında təhsil alan Rüstəm Abdullazadə təmsil edib. Onu Koreyaya KOİCA Təqaüd Proqramı ilə RİNN göndərib.

Check Also

“Google” Azərbaycan bayrağının rənglərində dudl hazırlayıb

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə bayrağımızın rənglərində dudl …