Bazar , 15 Noyabr 2026
Drone Cameras

Messi millidə çıxışını davam etdirəcək

Futbol üzrə üçqat dünya çempionu Argentina yığmasının kapitanı, 35 yaşlı hücumçu Lionel Messi millidə çıxışını davam etdirəcək.

Bu barədə Boyukmillet.com “TyC Sports”a istinadən xəbər verir.

“Bu, sadəcə inanılmaz idi. Qələbə qazanacağımıza əmin idim. Bu, bizim üçün böyük sevincdir. Mən milli komandanı tərk etmək fikrində deyiləm. Argentina millisinin forması ilə dünya çempionu kimi oynamağa davam etmək istəyirəm”, – deyə Messi bildirib.

Qeyd edək ki, Qətərdə keçirilən futbol üzrə dünya çempionatının finalında Fransa yığmasını məğlub edən Argentina millisi üçqat dünya çempionu olub.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …