Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Zelenski Ukraynanın gələn il üçün əsas vəzifələrini açıqlayıb

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin gələn il üçün əsas vəzifələrini açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə Ukrayna səfirləri ilə keçirdiyi konfransda deyib.

Dövlət başçısı bildirib ki, əsas vəzifələr Ukraynanın Avropa İttifaqına daxil olması ilə bağlı danışıqlara başlanması, beynəlxalq hərbi və enerji yardımının alınması, eləcə də Rusiyanın cinayətlərinə dair beynəlxalq tribunalın yaradılmasıdır.

V.Zelenski həmçinin söyləyib ki, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi, ukraynalı qaçqınların geri qayıtması üçün şəraitin yaradılması da 2023-cü ildə gündəmdə olacaq.

O, bütün bu vəzifələrin Ukraynanın qələbəsinin elementlərinin olduğunu vurğulayıb. V.Zelenski gələn il Ukraynanın 10 Afrika ölkəsində səfirliklərinin açılmasının planlaşdırıldığını da qeyd edib.

Xatırladaq ki, daha əvvəl baş nazir Denis Şmıxal bildirib ki, Ukrayna bu ilin sonuna kimi Avropa Komissiyasının tövsiyələrini yerinə yetirmək və gələn ildən Aİ-yə üzvlüklə bağlı danışıqlara başlamaq niyyətindədir.

Genişmiqyaslı işğalın başlamasından sonra Ukrayna Aİ-yə daxil olmaq üçün müraciət edib və bir neçə ay sonra namizəd statusu alıb.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …