Bazar , 8 Fevral 2026
Drone Cameras

MM Ali Məhkəmənin 100 illiyi ilə bağlı yubiley medalının təsis edilməsini təsdiqləyib

Milli Məclis “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923–2023)” yubiley medalının təsis edilməsi məsələsini təsdiqləyib.

Boyukmillet.com xəbər verir ki, parlamentin bu gün keçirilən plenar iclasında “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923−2023)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiq edilib.

Check Also

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib

Milli Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, qanunvericilik …