Cümə , 22 Noyabr 2024
Drone Cameras

Fatih Dönməz: “2026-cı ilə qədər “Sakarya” yatağında 40 quyu qazılacaq”

“Qara dənizdəki “Sakarya” böyük qaz yatağında 50-dən çox gəminin iştirakı ilə işlər davam edir. Artıq 10 quyu qazılıb, onların sayının 2026-cı ilə qədər 40-a çatdırılması planlaşdırılır”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz deyib.

“Qara dəniz yatağından üç sualtı kəmərin çəkilməsi və sınaqlar davam etdirilir. 170 km uzunluğunda magistral qaz kəmərinin tikintisi başa çatıb. Həmçinin quruda kompressor stansiyasının tikintisi üzrə işlər 85% yerinə yetirilib”, – o bildirib.

Nazir vurğulayıb ki, bu kompressor stansiyası birinci mərhələdə ölkənin qazpaylayıcı sisteminə 10 milyon kubmetr qaz verəcək, gələcəkdə isə bu rəqəm 40 milyon kubmetrə çatdırılacaq.

O, yatağın ehtiyatlarının həcminin 710 milyard kubmetrə çatdığını xatırladıb.

Check Also

Naxçıvanda Energetiklər Günü qeyd olunub

Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətində “20 oktyabr – Energetiklər Günü” münasibətilə tədbir keçirilib. Boyukmillet.com …