Bazar , 19 May 2024
Drone Cameras

Milli Paralimpiya Komitəsi 2022-ci ilin maliyyə hesabatını açıqlayıb

Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) 2022-ci ilin maliyyə hesabatını açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə MPK-nın prezidentinin köməkçisi Kamal Məmmədov ilin yekunlarına həsr edilmiş tədbirdə bildirib.

Onun sözlərinə görə, quruma il ərzində 1 374 184 manat vəsait daxil olub: “Onlardan 702 240 manatı büdcə vəsaitidir, 380 000 manatı Sosial Xidmətlər Agentliyi, 199 827 manatı (36 000 cüdoda təlim məşq toplanışı, 22 868 GİN dopinq) Gənclər və İdman Nazirliyi, 30 117 manatı Güllə Atıcılığı Federasiyası, 62 000 manatı isə tərəfdaşlardan əldə olunub”.

Məmmədov Milli Paralimpiya Komitəsinin ümumi xərclərinin 1 367 706 manat təşkil etdiyini də diqqətə çatdırıb.

Check Also

Azərbaycanın iki boksçusu Rusiyadakı turnirdə finala yüksəlib

Azərbaycan millisinin iki boksçusu Rusiyanın Xabarovsk şəhərində keçirilən Konstantin Korotkov Memorialında finala yüksəlib. Azərbaycan Boks …