Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Cəlilabad sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb

Cəlilabad sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı son bir həftə ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktlar üzrə Cəlilabad RPŞ-də müvafiq araşdırmalar aparılır.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …