Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada 312 nəfər vaksinasiya olunub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 144, ikinci doza vaksinlərin sayı 42 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 103-dür. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 23 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 937 797 olub.

Check Also

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Azərbaycanda 2026-cı ilin yanvar–iyun aylarında hepatit B və C diaqnozu ilə hər birinə ayrı-ayrılıqda 14 …