Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Davosda Dünya İqtisadi Forumunun rəsmi açılışı olub

İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun (WEF) 53-cü iclasının rəsmi açılış mərasimi olub.

Boyukmillet.com  xəbər verir ki, tədbir forumun saytında yayımlanıb.

Açılışda forumun təsisçisi Klaus Şvab çıxış edərək, tədbirin bütün maraqlı tərəfləri bir araya gətirən platforma kimi əhəmiyyətini vurğulayıb.

“Düşünürəm ki, qlobal cəmiyyətin bütün maraqlı tərəflərini: hökumətləri, biznesi, vətəndaş cəmiyyəti, gənc nəsli cəlb edən platformanın olması zəruridir”, – Şvab bildirib.

Təsisçi forum iştirakçılarının mövcud böhranların həlli yollarını tapa biləcəklərinə də ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, forum yanvarın 20-də başa çatacaq, onun builki şüarı “Parçalanmış dünyada əməkdaşlıq”dır.

Check Also

Azərbaycanda müxtəlif qoruyucu burunaltılıların ölkəyə idxal gömrük rüsumları dəyişib

Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal …