Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Çavuşoğlu: “Özümü 20 ildir Can Azərbaycana xidmət üçün səfərbər etmişəm”

“Özümü bir tərəfdən Axısxa türkləri, digər tərəfdən Can Azərbaycana xidmət etmək üçün 20 ildir səfərbər etmişəm”.

Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-dakı türk icması və fəalları ilə görüşündə deyib.

“20 illik siyasi fəaliyyətimdə ölkəmə, millətimə xidmət etmək mənim üçün bir şərəfdir”, – Türkiyənin xarici siyasət idarəsinin rəhbəri vurğulayıb.

Mövlud Çavuşoğlu Axısxa türklərinin hələ keçmiş SSRİ dövründə, o cümlədən imperiyanın sabiq rəhbəri İosif Stalinin hakimiyyətdə olduğu illərdə doğma yurdlarından didərgin salındıqlarını xatırladıb. Türkiyənin xarici işlər naziri qeyd edib ki, Axısxa türkləri Azərbaycan və digər türkdilli ölkələrdə məskunlaşıblar.

O, ABŞ-ın dövlət katibi Entoni Blinkenlə keçirdiyi görüşündən də bəhs edib, ikitərəfli və çoxtərəfli müzakirələrdən danışıb.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …