Cümə , 17 May 2024
Drone Cameras

İcma: “100 mindən çox Qərbi azərbaycanlının siyahısı tərtib olunub, proses davam edir”

“100 mindən çox Qərbi azərbaycanlı soydaşımızın siyahısı tərtib olunub və bu proses davam edir”.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan İcmasının Mətbuat xidmətinin rəhbəri Ülviyyə Zülfüqar deyib.

Qurum rəsmisinin sözlərinə görə, Qərbi azərbaycanlıların siyahıya alınma prosesi davam edir:

“Siyahıya alınma prosesi ilə əlaqədar həm yerli icra orqanları dəstək göstərir, həm də hər gün icmamıza 250-300 nəfər Qərbi azərbaycanlı soydaşımız yaxınlaşır və qeydiyyata alınmaq üçün özləri də təşəbbüs göstərirlər”.

Ü.Zülfüqar vurğulayıb ki, hətta, kök evləri indiki Ermənistan adlanan ərazidə olan soydaşlarımız da qeydiyyata alınır:

“1988-1991-ci illərdə də deportasiya olunan soydaşlarımızla yanaşı, daha əvvəl köçə məcbur edilənlər və onların varislərindən də qeydiyyata alınanlar var”.

Check Also

QHT sədri: Ermənistanın öhdəliyidir ki, transsərhəd ərazidə mədən işlərinə görə Azərbaycandan icazə alsın

Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki, transsərhəd ərazidə həyata keçirilən mədən işlərinə görə Azərbaycan …