Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ermənistanda ailə üzvləri əsgərlərin yanğından öldüyünə şübhə edir

Ermənstanda ölən 15 hərbçinin valideynləri övladlarının yanğın nəticəsində öldüyünə şübhə edirlər.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Hraparak” qəzetinin hazırladığı araşdırmada bildirilib.

Rüstəm Asryan adlı hərbçinin atası Artak iddia edib ki, əsgərlər yanğın baş verənədək zəhərlənərək öldürülüblər: “Yanğın baş verəndə onlar ölü imiş”. Onun sözlərinə görə, ev köhnə olduğu üçün qapısını bir neçə nəfər asanlıqla qıra bilədi. Əsgərin anası Vard Asrayan da oğlunun yanaraq öldüyünə inanmadığını vurğulayıb. O, oğlunu qolundakı tatudan tanıyıb.

Məlumata görə, Ermənistan İstintaq Komitəsi 15 hərbçinin ölümü ilə əlaqədar sənədləri Müdafiə Nazirliyinə götürüb. Hadisənin baş verməsindən 5 gün keçməsinə baxmayaraq, heç kimə qarşı ittiham irəli sürülməyib. Bildirilib ki, hadisə ilə əlaqədar 20 nəfər dindirilib.

Qeyd edək ki, ötən gecə Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib. Hadisə nəticəsində 15 hərbçi ölüb, 6 əsgər və 1 zabit yaralanıb.

Hadisəyə görə, Ermənistan silahlı qüvvələrinin ikinci ordu korpusunun komandiri polkovnik Vahram Qriqoryan və digər zabit heyəti işdən çıxarılıb.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …