Çərşənbə , 11 Fevral 2026
Drone Cameras

Azərbaycan hərbçiləri Türkiyənin Sarıqamış bölgəsində keçirilən təlimlərdə iştirak edirlər

Türkiyənin Qars şəhərinin Sarıqamış bölgəsində “Qış-2023” hərbi təlimləri davam edir.

Boyukmillet.com  “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Təlimlərdə Azərbaycan, Böyük Britaniya, Almaniya da daxil olmaqla 17 ölkənin hərbçiləri iştirak edirlər.

Məlumata görə, “Qış-2023” Türkiyə tarixinin ən geniş təlimlərindəndir.

Təlimlərə xüsusi təyinatlı qüvvələr, komandolar, pilotlar cəlb ediliblər.

Təlimlərdə texnikalar və silahlar sınaqdan keçirilir, verilən tapşırıqlar icra olunur.

Check Also

Silah satışı, idxalı və ixracına dair əlavə şərtlər müəyyənləşib

Silah satışı, idxalı və ixracına dair əlavə şərtlər müəyyənləşib. Boyukmillet.com -un xəbərinə görə, Nazirlər Kabineti bununla …