Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Əli Əhmədov “Şərəf” ordeni ilə təltif edilib

Əli Cavad oğlu Əhmədov “Şərəf” ordeni ilə təltif edilib.

Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, Ə.Əhmədov 1953-cü il yanvarın 27-də anadan olub. Sabah onun 70 yaşı tamam olur.

Ə.Əhmədov Yeni Azərbaycan Partiyası Sədrinin müavini və Azərbaycan Baş nazirinin müavini vəzifələrində çalışır.

Check Also

Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək

Maliyyə icarəsi (lizinq) sahəsində fəaliyyət göstərmək istəyən təşkilatlar Azərbaycan Mərkəzi Bankında (AMB) yaradılacaq reyestrdə qeydiyyatdan …