Bu gün səhər saat 08:30 da Azərbaycanın İrandakı səfirliyinə edilən hücum həm beynəlxalq hüququn, həm də İran və Azərbaycan qanunvericiliyinin pozulmasıdır. Çünki səfirliklərin əraziləri toxunulmaz ərazilərdir. Bu hadisə başvermə səbəbindən asılı olmayaraq beynəlxalq konvensiyalara zidd addımdır. Eyni zamanda, hadisənin nəticəsi, yəni, iki nəfərin yaralanması, bir nəfərin ölümü çox təəssüf doğurur. Bu hadisəyə ümumi regional kontekstə baxılmalıdır. Son dövrlər İran tərəfindən Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilir. Sözdə bəzən Azərbaycanla qardaş, dost olduğunu bildirən İran əməldə növbəti dəfə özünün ölkəmizə qarşı qərəzli mövqeyini nümayiş etdirdi.
Boyukmillet.com xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.
O qeyd edib ki, bu hadisələrin araşdırılmasında İran hüquq mühafizə orqanlarının göstərəcəyi mövqe maraqlıdır və izlənilməlidir. Amma bütün hallarda Azərbaycanın son dövrlərdə, xüsusilə 44 günlük Vətən mübarizəsində qalib gələndən sonra geosiyasi mövqeyinin dəyişməsi, regionda söz sahibi olması bəzi dövlətləri və güc mərkəzlərini narahat edir.
“Hesab edirəm ki, bütün bu hadisələr ən çox Azərbaycanın regionda artan gücü ilə bağlıdır. Həm Londondakı, həm də İrandakı səfirliyimizə hücum bir güc mərkəzi tərəfindən idarə olunur. Bu hadisənin davamlı hal alması beynəlxalq hüquqda mənfi bir tendensiya yaradır. Bununla bağlı beynəlxalq qurumlar artıq hərəkətə keçməlidir. BMT başda olmaqla, beynəlxalq konvensiyaların iştirakçısı olan dövlətlər buna münasibət bildirməlidir. Bu gün Azərbaycana qarşı baş verən hadisə başqa bir dövlətə qarşı da ola bilər. Ona görə bu hadisəyə səssiz qalmamalıdırlar. Səfirliklərin təhlükəsizliyi məsələsi beynəlxalq səviyyədə gündəmə gətirilməlidir”, – deyə C. Hüseynzadə vurğulayıb.
Check Also
Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib
“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …