Çərşənbə axşamı , 10 Fevral 2026
Drone Cameras

Milli Məclisdə Heydər Əliyev İli ilə bağlı xüsusi iclas keçiriləcək

Milli Məclisdə Heydər Əliyev İli ilə bağlı xüsusi iclas keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova parlamentin fevralın 1-də keçirilən yaz sessiyasının ilk plenar iclasında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, yaz sessiyası dövründə parlamentin fəaliyyətinin ən mühüm mövzusu ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı tədbirlər olacaq: “Milli Məclisin və komitələrinin yubileylə bağlı tədbirlər planları hazırlanıb. Parlamentin ulu öndərin əziz xatirəsinə həsr olunan xüsusi iclası keçiriləcək. Digər tədbirlərin də təşkili nəzərdə tutulur”.

Check Also

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib

Milli Məclisin 2026-cı il yaz sessiyasının qanunvericilik işləri planı müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, qanunvericilik …