Çərşənbə axşamı , 6 May 2025
Drone Cameras

Ermənistanda yeni doğulanların sayı azalıb, boşanmalar çoxalıb

Ermənistanda yeni doğulanların sayı azalıb, boşanmalar çoxalıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Milli Statistika Komitəsinin hesabatında bildirilib.

Məlumata görə, 2022-ci ildə 36 623 körpə doğulub. Bu, 2021-ci ilin göstəricisi ilə müqayisədə 270 körpə azdır. Hesabat dövründə 4 525 boşanma hadisəsi qeydə alınıb ki, bu da 2021-ci illə müqayisədə 91 hadisə çoxdur.

Statistika Komitəsinin məlumatına əsasən, nikahların sayında da azalma qeydə alınıb. Bildirilib ki, 2022-ci ildə 16 795 nikah bağlanıb. Bu, bir il əvvəlki göstəricidən 370 hadisə azdır.

Check Also

İran ABŞ-nin ikinci dərəcəli sanksiyaları ehtimalına qarşı tədbirlər görüb

Tehran ABŞ-nin İran neftinin alıcılarına ikinci dərəcəli sanksiyalar tətbiq etməsi ehtimalına qarşı bütün zəruri tədbirləri …