Bazar , 15 Noyabr 2026
Drone Cameras

Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 16 nəfəri sağ çıxarıb

​​​​Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Bu barədə FHN-dən məlumat verilib.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

Check Also

Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

Macarıstanda müstəntiqlər keçmiş milli inkişaf naziri Mikloş Seştakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və ölkənin …