Cümə , 22 Noyabr 2024
Drone Cameras

Naxçıvanın Ombudsmanı internat məktəbindəki uşaqlara baş çəkib

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva internat məktəbindəki uşaqlara baş çəkib.

Boyukmillet.com xəbər verir ki, Naxçıvan Ombudsmanı NMR Təhsil Nazirliyinin tabeliyində olan M.Füzuli adına Ordubad şəhər tam orta internat məktəbinə başçəkmə həyata keçirilib.

Görüş zamanı aşkar olunan çatışmazlıqlarla bağlı müəssisə rəhbərinə görülməli tədbirlər haqqında tapşırıq və tövsiyələr verilib, müəssisə əməkdaşları ilə hüquqi maarifləndirici müzakirələr aparılıb.

Görüşdə məqsəd bu müəssisədə təhsil alan və yaşayan uşaqların saxlama şəraitinin və müəssisə əməkdaşlarının onlarla rəftarı məsələlərinin, habelə uşaqların hüquqlarının təmin olunması vəziyyətinin araşdırılması olub. Ombudsman uşaqlarla fərdi və kollektiv söhbətlər aparıb.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …