Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Siyavuş Novruzov: “Nədənsə dövlətin dotasiyaları eyni bələdiyyələrə verilir”

“Nədənsə dövlət tərəfindən bələdiyyələr üçün ayrılan dotasiyalar eyni bələdiyyələrə verilir. Bunu kim necə müəyyənləşdirirlər?! Niyə hər dəfə eyni bələdiyyə dotasiya alır?!”

Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, aparılan müşahidələrə görə 10 il ardıcıl şəkildə eyni bələdiyyə böyük miqdarda dotasiya alıb:

“Lakin həmişə zəif dotasiya alanlar sonrakı illərdə dəstək ala bilmir”.

S.Novruzov əlavə edib ki, yığılan vəsaitlərin xərclənməsi ilə bağlı gələcəkdə nümunəvi sənədlər hazırlanmalıdır:

“Heç bir hesablama yoxdur. Yığılan vəsaitin vətəndaşa izahı olmalıdır”.

Check Also

Hökumət parlamentə BU TARİXDƏ hesabat verəcək

Milli Məclisdə “Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun …