Şənbə , 23 Noyabr 2024
Drone Cameras

QHT Agentliyi Qərbi Azərbaycanla bağlı müsabiqənin məqsədini açıqlayıb

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi üçün Qərbi Azərbaycan İcması ilə əməkdaşlıq prioritet istiqamətlərdən biridir”.

Boyukmillet.com xəbər verir ki, bunu agentliyinin icraçı direktoru Aygün Əliyeva jurnalistlərə açıqlamasında deyib.

O vurğulayıb ki, Qərbi Azərbaycan azərbaycanlıların tarixi torpaqlarıdır: “Təəssüf ki, bu tarix zaman-zaman Ermənistan tərəfindən saxtalaşdırılıb və orada yaşayan azərbaycanlıların hüquqları pozulub. Artıq yeni reallıqlar fonunda geosiyasi vəziyyət dəyişib və Qərbi Azərbaycanla bağlı atılan addımların əsas məqsədi bir zamanlar orada yaşayan soydaşlarımızın hüquqlarının bərpa edilməsidir”.

A.Əliyeva bildirib ki, dünya ictimaiyyəti bəzən işağala məruz qalan ölkə ilə işğalçı ölkəyə eyni cür yanaşıb: “Lakin indiki məqamda Qərbi Azərbaycan İcmasının fəaliyyətinin genişləndirilməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün çox önəmlidir”.

“Qurumlararası əməkdaşlığın ilk addımı olaraq 10 fevral tarixində QHT Agentliyi qrant müsabiqəsi elan edib. Müsabiqədə Qərbi Azərbaycan toponimlərinin tanıdılması, bu istiqamətdə multimediya məhsullarının hazırlanması, eyni zamanda Qərbi Azərbaycan tarixi adibələrinin tədqiq edilməsi və bir çox alt mövzular nəzərdə tutulur”, – içraçı direktor söyləyib.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …