Şənbə , 23 Noyabr 2024
Drone Cameras

NATO ölkələri Ukrayna üçün bir neçə tank briqadası yaradacaqlarına ümid edir

NATO ölkələri Ukrayna Silahlı Qüvvələrinin bir neçə tank briqadasını yaratmaq üçün Ukraynaya kifayət qədər tank, o cümlədən “Leopard 2” tankları vermək niyyətindədir.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda NATO Baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

A.Duda xatırladıb ki, Qərb ölkələri, o cümlədən Böyük Britaniya, Kanada, Polşa müttəfiqlik hərəkətləri çərçivəsində artıq Ukraynaya tanklar göndərir.

“Ukrayna üçün heç olmasa tank briqadası toplamaq istəyirik. Ümid edirik ki, bir neçə briqada yarada biləcəyik”, – o deyib.

Xatırladaq ki, yanvarın 25-də Almaniya hökuməti Ukraynaya 14 ədəd “Leopard 2” tankı göndərəcəyini, digər ölkələrə bu tankların yenidən ixracına icazə verəcəyini təsdiqləyib. Almaniyanın müdafiə naziri Boris Pistoriusun sözlərinə görə, “Leopard 2” tankları martın sonuna qədər Ukraynaya göndəriləcək. Fevralın 7-də Almaniya Nazirlər Kabineti Ukraynaya 178 ədəd “Leopard 1A5” tankının göndərilməsini təsdiqləyib. Hərbi texnika sənaye ehtiyatlarından veriləcək.

Check Also

İranda hicaba etiraz edərək soyunan tələbənin sərbəst buraxıldığı bildirilir

Ədliyyə rəsmisi onun ailəsinə təhvil verildiyini açıqlayıb Tehran Azad Universitetinin həyətində məcburi hicab qaydalarına etiraz …