Cümə axşamı , 19 Fevral 2026
Drone Cameras

Qarabağda torpaq islahatları beynəlxalq təcrübə əsasında həyata keçiriləcək

Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə torpaq islahatlarının həyata keçirilməsi ilə bağlı beynəlxalq təcrübəni öyrənəcək.

Boyukmillet.com xəbər verir ki, bunu Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

“Bu ayın sonunda dövlət qurumlarının rəsmilərindən ibarət böyük nümayəndə heyəti Türkiyə və İsrailə səfər edəcək, bu ölkələrin torpaq islahatı sahəsində təcrübəsi öyrəniləcək. Ümid edirəm ki, tezliklə bu məsələyə aydınlıq gətiriləcək”, – deyə o qeyd edib.

Check Also

AZAL Naxçıvana səfərləri əvvəlcədən planlaşdırmağı tövsiyə edib

Novruz və Ramazan bayramları ərəfəsində, xüsusilə də bayram günlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə hava daşımalarına tələbat …