Bazar , 15 Noyabr 2026
Drone Cameras

Britaniyalı nazir və səfir Tofiq Bəhramovun abidəsini ziyarət edib

Böyük Britaniyanın Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ferqus Ould tanınmış futbol hakimi Tofiq Bəhramovun abidəsini ziyarət edib.

Boyukmillet.com xəbər verir ki, F. Ould həmyerlisi ilə abidənin qarşısında çəkdirdiyi fotonu özünün tviter səhifəsində paylaşıb.

Səfir postun üzərində Azərbaycan dilində bu sözləri yazıb: “Futbol həm Böyük Britaniyada, həm də Azərbaycanda çox sevilir. İngiltərənin 1966-cı ildə futbol üzrə dünya çempionatını qazanmasında Tofiq Bəhramovun ədalətli qərarının böyük rolu olub. Odur ki, nazir Leo Dokerti ilə bura mütləq gəlmək istəyirdik”.

Qeyd edək ki, İngiltərə yığması DÇ-1966-nın finalında Almaniya seçməsini 4:2 hesabı ilə məğlub edib. Həmin matçda yan xətt hakimi olmuş Tofiq Bəhramov Britaniyalıların vurduğu 3 topun qapı xəttini keçdiyini bildirərək, qolun qeydə alınmasına nail olub.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …