Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rəhman Hümmətov: “Beynəlxalq daşımalara dair icazənin ləğvi daşıyıcıların rəqabət qabiliyyətini artıracaq”

Dövlət Gömrük Komitəsinin beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində icazə blanklarının verilməsi səlahiyyətinin ləğvi yerli daşıyıcıların bazarda payının artmasına səbəb olacaq.

Boyukmillet.com xəbər verir, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O vurğulayıb ki, bu qərar yerli daşıyıcıları daha da təşviq edəcək: “Yerli avtomobil daşıyıcılarının rəqabət qabiliyyəti artacaq, maliyyə vəziyyəti yaxşılaşacaq, beynəlxalq daşımalarda iştirak edənlərin sayı artacaq”.

“Qeyd edək ki, indi xarici daşıyıcılar sərhəd-keçid məntəqəsində ödəniş edib, icazə vərəqələrini alırlar, bu isə paritetin pozulmasına səbəb olur. İcazə blankları ölkələr arasında bərabər sayda mübadilə edilir”, – R. Hümmətov qeyd edib.

Beynəlxalq avtomobil daşımalarına dair icazə blankların ləğvi ilə bağlı qərar bu gün keçirilən Milli Məclisin plenar iclasında qəbul edilib. Bu yeniliyin bu il martın 1-dən tətbiq olunması planlaşdırılır.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …