Bazar , 8 Fevral 2026
Drone Cameras

Ağstafada Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib

Ağstafa rayonunda Xocalı qətliamının 31-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, Ağstafa rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayədələri iştirak ediblər.

Tədbir çərçivəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş Memorial Abidə Kompleksi ziyarət olunub.

Kompleksin önünə əklil qoyulub, güllər düzülüb.

Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad edilib.

Check Also

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən …