Samux rayonunda da Xocalı soyqırımının qurbanları yad edilib.
Boyukmillet.com xəbər verir ki, tədbirdə Samux Rayon İcra Hakimiyyətinin, YAP Samux rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “Dəmir yumruq” qalib gəldi.