Bazar , 19 May 2024
Drone Cameras

İlham Əliyev: ​​​​​​​“Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma layihələri bizim üçün ən prioritet sahələrdən biridir”

“Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma layihələri bizim üçün ən prioritet sahələrdən biridir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri ilə görüşü zamanı deyib.

Prezident İlham Əliyev Şərq-Qərb nəqliyyat dəhlizi, rəqəmsal transformasiya və bərpaolunan enerji sahələrinin də ölkəmizin iqtisadi inkişafında mühüm yer tutduğunu bildirib və qeyd edib ki, bütün bunlarla bağlı həyata keçirdiyimiz layihələrə xeyli sayda tərəfdaş və investor cəlb edilib və ediləcək.

Dövlət başçısı deyib ki, Azərbaycanın uğurlu coğrafi mövqedə yerləşməsi və yaradılan əlverişli biznes mühiti, zəngin iqtisadi potensialımız gələcək əməkdaşlıq və inkişaf prosesləri üçün yaxşı zəmin yaradır.

Check Also

QHT sədri: Ermənistanın öhdəliyidir ki, transsərhəd ərazidə mədən işlərinə görə Azərbaycandan icazə alsın

Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki, transsərhəd ərazidə həyata keçirilən mədən işlərinə görə Azərbaycan …