Türkiyə, İsveç və Finlandiya nümayəndələrinin üçüncü görüşü martın 9-da Brüsseldə olacaq.
Boyukmillet.com “CNNTurk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, görüşdə üçtərəfli memorandumun icra vəziyyətinə baxılacaq.
M.Çavuşoğlu deyib ki, üçüncü görüşün Brüsseldə keçirilməsi faydalı olar bilər.
Qeyd edək ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün ərizə ilə müraciət edib. Türkiyə onların quruma üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürüb.