Bazar , 8 Fevral 2026
Drone Cameras

Türkiyənin zəlzələ bölgəsində zərərçəkmiş 23 şagird Bakı məktəblərində təhsilə cəlb olunub – EKSKLÜZİV

Türkiyənin zəlzələ bölgəsində zərərçəkmiş 23 şagird Bakı məktəblərində təhsilə cəlb olunub.

Boyukmillet.com xəbər verir ki, şagirdlər Bakı Anadolu Liseyinə və Bakı Atatürk Liseyinə yerləşdirilib.

Şagirdlər bir neçə gündür həmin liseylərdə təhsil alırlar.

Məlumatı Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Alı Rza Altunel “Report”a təsdiqləyib. O bildirib ki, zəlzələ bölgəsindən şagirdlərin Bakıdakı liseylərə təhsilə cəlb edilməsi prosesi davam edəcək.

Bakı Atatürk Liseyindən isə bildirilib ki, zəlzələ bölgəsindən gəlmiş şagirdlər bu liseydə ödənişsiz təhsil alacaqlar.

Check Also

Gürcüstanda qrantlarla bağlı qanun sərtləşdirilir, həbs cəzası ağırlaşdırılır

Gürcüstan parlamenti “Qrantlar haqqında” qanuna dəyişiklikləri birinci oxunuşda (82 lehinə, 10 əleyhinə – Qeyd) qəbul …