Cümə , 22 Noyabr 2024
Drone Cameras

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Naxçıvana gedib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdə olublar.

Boyukmillet.com xəbər verir ki, Zaur Əliyev, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov, hər iki rəhbər şəxsin müavinləri Nigar Bayramova və Anar İsrafilov, Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Samiq Sadıxov ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət ediblər.

Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Səfər müddətində nümayəndə heyəti Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikası üzrə səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb.

Daha sonra rəsmilər Naxçıvan Dövlət Universitetində (NDU) olublar.

Naxçıvan Muxtar Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin baş direktoru Samiq Sadıxovun iştirakı ilə baş tutan tanışlıq görüşündə bildirilib ki, tibb fakültəsi üçün ayrıca bina, xəstəxana, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar mövcuddur.

Qonaqlar NDU-nun tibb fakültəsində fəaliyyət göstərən kitabxana, kompüter otağı, histologiya, anatomiya, fizioterapiya, patalogiya və stomatoloji texniki laboratoriyalar ilə tanış olublar.

Səfər çərçivəsində nümayəndə heyəti Naxçıvan Muxtar Respublika Xəstəxanası və Doğum Mərkəzi, Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi, Şahbuz Rayon Mərkəzi Xəstəxanası və kənd həkim ambulatoriyalarının fəaliyyətləri ilə tanış olublar.

Tibb müəssisələrində icbari tibbi sığorta sisteminin işləmə mexanizmi, sığorta çərçivəsində göstərilən tibbi xidmətlər və s. barədə qonaqlara məlumat verilib.

Check Also

Alimlər qanı sümüklərin və digər bədən toxumalarının bərpası üçün maddəyə çeviriblər

Nottingem Universitetinin Əczaçılıq və Kimya Mühəndisliyi Məktəbinin britaniyalı alimləri qan əsasında bədən toxumasının bərpası üçün …