Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Hacı Şahin dünyasını dəyişib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ilahiyyatçının rəsmi feysbuk səhifəsində məlumat verilib.

“Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bugün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək”, – din xadiminin səhifəsində bildirilib.

Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …