Milli Məclisdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmələr aparılır.
Boyukmillet.com xəbər verir ki, tədbir parlamentinin İnsan hüquqları komitəsinin təşəbbüsü ilə keçirilir.
Toplantıda deputatlarla yanaşı Qərbi Azərbaycan İcmasının nümayəndələri də iştirak edirlər.
Deputatlar və müzakirələrə dəvət olunanlar Qərbi Azərbaycana dinc və hüquqi qayıdışla bağlı fikirlərini bildirir, təkliflər irəli sürürlər.