Rusiya özünü SSRİ-nin varisi hesab edirsə, Qərbi Azərbaycana qayıdışla bağlı məsələyə münasibət bildirməlidir.
Boyukmillet.com xəbər verir ki, bunu Milli Məclisin (MM) deputatı Hikmət Babaoğlu MM-də “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə zamanı deyib.
“Azərbaycan 1920-ci ildə SSRİ-yə daxil olanda hansı ərazilərlə daxil olub? Rusiya SSRİ-nin varisidirsə, bu məsələyə hüquqi münasibət bildirməlidir”, – o əlavə edib.